• İQTİSADİYYAT

    12:28 26 aprel 2019

Azərbaycanda Aqrar Sığorta Fondu yaradılacaq

“Aqrar sığorta ilə bağlı işlək mexanizmi təmin edən yeni qanun layihəsinin hazırlanmasına zərurət yaranıb”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Aqrar syasət komitəsində “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə söyləyib.

V. Əlizadə deyib ki, qanun layihəsi hazırlanarkən Türkiyənin təcrübəsi əsas götürülüb: “Beləliklə, qanun layihəsi hazırlanıb, Aqrar Sığorta Fondunun yaradılması nəzərdə tutulur”.

Aqrar syiasət komitəsinin eksperti Zahid Abbasov bildirib ki, aqrar sahədə risklər çox olduğu üçün sığorta şirkətləri bu sahədə sığorta işinə maraqlı deyil. Ona görə də qanunda qeyri-kommersiya tipli aqrar sığorta orqanı yaradılması nəzərdə tutulur. Beləliklə, dövlət aqrar sahədəki risklərin hamısını öz üzərinə götürəcək: “Əgər fermerin sığorta haqqını ödəmək imkanı yoxdursa, aqrar sığorta orqanı fermerin əvəzinə pulu ödəyəcək, sonra fermer həmin pulu qaytara biləcək. Aqrar sığorta orqanında bununla əlaqədar vəsait yoxdursa, vəsait ayrılması üçün müraciət edəcək və vəsait ayrılacaq. Aqrar sığorta orqanının səhmdarları lisenziyası olan sığorta şirkətləri olacaq. Fermerlərlə də aqrar sığorta müqavilələrini həmin sığorta şirkətləri bağlayacaq. Sığorta şirkətinin burada hər hansı riski olmayacaq, sadəcə, vasitəçilik edəcəklər. Tutaq ki, fermer mal-qarasını sığorta etdirmək istəyir. Əgər mal-qara burselyoz xəstəliyinət tutulubsa, onunla müqavilə bağlanmayacaq və bu barədə informasiya sisteminə məlumat yerləşdiriləcək. Yaxud torpaq şorandırsa, məhsul verməyəcəksə, bu halda da həmin fermerlə müqavilə bağlanmayacaq. Yəni dövlətin pulunun havayı mənimsənilməsinə yol verilməyəcək. Köhnə qanunun yeganə çatışmayan cəhəti odur ki, aqrar sığorta məsələsi şeyri-kommersiya təşkilatlarına həvalə olunub, onlar da bu riski üzərlərinə götürmək istəmirlər”.

Qeyd edək ki, qanun layihəsinə (8-ci maddə) əsasən, aqrar sığorta orqanı müvafiq icra hakimyiyəti orqanının müəyyən etdiyi orqan tərəfindən yaradılır. Aqrar sığorta orqanı aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlığını təmin etmək məqsədi ilə fəaliyyət göstərir, habelə idarəedici qurumun fəaliyyətinə nəzarəti həyata keçirir. Aqrar sığorta orqanı aqrar sığorta sisteminin idarə edilməsini və aqrar sığorta informasiya sisteminin aparılmasını idarəedici qurum vasitəsilə həyata keçirir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR