• İQTİSADİYYAT

    13:25 25 aprel 2019

Azərbaycanda aqrar sığortanın predmeti müəyyənləşib

Aqrar sığortanın predmeti müəyyənləşib.

ONA-nın məlumatına görə, predmet yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 4-cü maddəsində (Aqrar sığortanın predmeti) qeyd edilib ki, aşağıdakılar aqrar sığortanın predmeti sayılır:

1. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları;

2. Kənd təsərrüfatı heyvanları;

3. Ev quşları;

4. Arı ailələri;

5. Kənd təsərrüfatı məqsədləri ilə yetişdirilən dovşanlar, su heyvanları, dəvə, lama və dəvə quşları;

Sənəddə göstərilib ki, istehsalı, emalı, idxalı və dövriyyəsi qadağan edilən kənd təsərrüfatı məhsulları aqrar sığortanın predmeti ola bilməz.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR