Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2019-cu ilin fevral ayı üzrə bank sektorunun icmal göstəricilərini açıqlayıb.
Palatadan ONA-ya verilən məlumata görə, 28 fevral 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 950,8 mln. manat, cəmi öhdəlikləri isə 25 708,0 mln. manat təşkil edib.
Sektorun balans kapitalı 4 242.8 mln. manat olub. 2019-cu ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1,2% (348 mln. manat), öhdəlikləri 0,9% (222,3 mln. manat), balans kapitalı isə 3% (125,5 mln. manat) artıb.
Bankların kredit portfeli fevral ayında 0,7% (88,9 mln. manat) artaraq 12 629,9 mln. manat təşkil edib.