Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan ərazisində olan bankomat və POS-terminalların sayını açıqlayıb.
ONA-nın AMB-nin təqdim etdiyi hesabata əsasən verdiyi məlumata görə, cari ilin yanvar ayına Azərbaycandakı bankomatların sayı 2 510 ədəd olub. 2018-ci ilin sonuna bankomatların sayı 8 ədəd az – 2 502 ədəd olub. Bunlardan 1 333-ü paytaxtın payına düşüb. Həmçinin Azərbaycanda olan POS-terminalların sayında da artım müşahidə olunub. Belə ki, 2018-ci ilin sonuna ölkə ərazisində 66 110 POS-terminal olduğu halda, bu ilin yanvar ayına bu rəqəm 65 975 ədəd olub.