Bu ilin birinci rübündə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 735,1 mln. manat olmaqla əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 1,4% artıb.
ONA-ya Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, neft məhsullarından avtomobil benzininin istehsalı 1,6 faiz, yanacaq mazutunun istehsalı 8,6% azalıb, dizel yanacağının, ağ neftin, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.
Neft məhsullarının istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı:
Məhsul növləri |
2019-cu ilin yanvar-mart aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
Avtomobil benzini, min ton |
302,8 |
98,4 |
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
78,8 |
136,8 |
Ağ neft, min ton |
154,2 |
109,8 |
Dizel yanacağı, min ton |
515,6 |
105,9 |
Yanacaq mazutu, min ton |
18 |
91,4 |
Sürtkü yağları, min ton |
4,9 |
94,2 |
Neft bitumu, min ton |
39,4 |
67 |
Neft koksu, min ton |
61,2 |
96,2 |