• İQTİSADİYYAT

    19:00 29 may 2019

Azərbaycanda Beynəlxalq “Lightest” Forumu keçirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşkilatçılığı ilə 27-30 may tarixində Azərbaycanda Beynəlxalq “Lightest” Forumu keçirilir.

Nazirlikdən ONA-ya verilən məlumata görə, layihə Avropa İttifaqı ilə Azərbaycan arasında trans-sərhəd elektron xidmətlərdə etibarlı tranzaksiyaların aparılması və identifikasiya məlumatının təsdiqinə, tərəfdaş ölkələrə məxsus elektron imzaların beynəlxalq səviyyədə qarşılıqlı tanınmasına xidmət edir.

Layihənin məqsədi sərhəd üzərindən elektron xidmətlərin aparılması üçün mövcud qlobal domenlərarası etimad infrastrukturunu (DNS) istifadə etməkdir. Bu infrastruktur xidmət təminatçılarına şəffaf və rahat elektron əməliyyatlar təqdim etməyə şərait yaradır. Avropa Birliyinə üzv dövlətlərlə təhlükəsiz elektron münasibətlərin qurulması, qlobal səviyyədə elektron xidmətlərin yaradılması, dövlətlərarası qarşılıqlı məlumat mübadiləsi "Lightest”in əhəmiyyətini daha da artırır. Layihənin icrasında Avstriya, Belçika, Danimarka, Finlandiya, Almaniya, İspaniya, Niderland, Böyük Britaniya, Türkiyədən 14 tərəfdaş iştirak edir.

Forumun ikinci günü ötən gün Şamaxı şəhərində davam edib. Forumda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov müzakirə olunan həllərin Şamaxı şəhərində də tətbiqini görmək istədiyini qeyd edib.

Qeyd edək ki, "Lightest" layihəsi Avropa Birliyi ilə əlaqəsi olan bütün dövlət və özəl müəssisələr tərəfindən təqdim olunan xidmətlər üçün mühüm əhəmiyyətli həllərin yaradılması və elektron tranzaksiyalar zamanı saxta kimliklərin müəyyən edilməsi məsələlərini əhatə edir.

Bu çərçivədə görüləcək işlər müxtəlif tətbiqlərin istifadə olunduğu platformalarda elektron imzanın təsdiqindən tutmuş, e-satınalma, e-ədliyyə, e-səhiyyə və hüquqi sahələrdə "Əşyalar İnterneti” üzrə alətlərin, sensorların təsdiqinin etibarlığını təmin edəcək.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR