• İQTİSADİYYAT

    12:50 12 mart 2019

Azərbaycanda bir sıra fiziki şəxsin sığorta agenti fəaliyyətinə dair lisenziyaları ləğv edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə 3 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib.

Palatadan ONA-ya verilən məlumata görə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 11 mart 2019-cu il tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Səlimov Ervin Camal oğlu, Əmrəliyeva Gültəkin Faiq qızı və Mirzəyev Emin Alim oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.

Eyni zamanda Palatanın İdarə Heyətinin qərarı ilə bir sıra fiziki şəxslərə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş halların aradan qaldırılmaması ilə bağlı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin qərarı ilə siyahıda adları qeyd edilən (siyahı əlavə olunur) şəxslərə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR