• İQTİSADİYYAT

    17:34 3 iyun 2019

Azərbaycanda "bluetooth" texnologiyası üzərindən ödənişlər tətbiq olunacaq

“Portmanat” ödəniş sisteminə yeni BLE (“Bluetooth Low Energy”) ödəniş texnologiyası inteqrasiya olunur. Bunu ONA-ya “Akhundoff Group”un təsisçisi və idarə heyətinin sədri Telman Axundov deyib.

Onun sözlərinə görə, bu texnologiya vasitəsilə “bluetooth” üzərindən müxtəlif xidmətlərin ödənişlərini həyata keçirmək mümkün olacaq.

“Hazırda BLE texnologiyası “Portmanat”ın mobil əlavəsinə inteqrasiya edilir və paralel olaraq müxtəlif merçantlarla danışıqlar aparılır ki, onların xidmətlərini BLE texnologiyası vasitəsilə ödəmək mümkün olsun”, - deyə T. Axundov.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR