Bu günədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 36 minə yaxın sahibkara layihələrin ümumi dəyəri 5,3 mlrd. manat təşkil edən 2,3 mlrd. manat məbləğində güzəştli kreditlər verilib. ONA-nın xəbərinə görə bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, bu layihələrin reallaşması nəticəsində 165 mindən çox yeni iş yerləri yaradılıb.
"Hazırda real sektora qoyulan investisiyalar öz nəticəsini verməkdədir. Beləki fond tərəfindən maliyyələşdirilən 2,3 mlrd. manat dövlət kreditinin məhz 1,3 mlrd. manatı geri qaytarılan vəsaitlər hesabına təmin olunub ki, bu da ayrılan vəsaitlərin səmərəsinin göstəricisidir", - deyə nazir müavini bildirib.