“Azərbaycanda bu ilin sonunda Ani Hesablama Sisteminin fiziki şəxslər arasında hesablaşmanı nəzərdə tutan qismi istifadəyə veriləcək”.
ONA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova “Maliyyə və Texnologiyalar Samiti”ndə (“Fintex Summit”) “Dövət Proqramı – rəqəmsallaşmaya gedən yol” mövzusunda çıxışında bildirib.
K. Qurbanova deyib ki, növbəti ildən Ani Hesablama Sisteminin hüquqi şəxslər arasında hesablaşmanı və digər mərhələləri nəzərdə tutan qismi istifadəyə veriləcək: “Ani ödəniş sistemi inkişaf etmiş ölkələr tərəfindən qəbul olunur. Ani ödəniş sisteminin əsas məqsədi 7/24, yəni əməliyyatın aparıldığı dövrdə hesablaşmaların başa çatdırılmasıdır”.