• İQTİSADİYYAT

    11:45 2 aprel 2019

Azərbaycanda bugünədək 35 mindən çox sahibkara 2,3 mlrd. manat məbləğində guzəştli kreditlər verilib

Bu günədək Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 5,1 mlrd. manat olan 35 mindən çox sahibkarlıq subyektinin layihələrinə 2,3 mlrd. manat məbləğində dövlətin guzəştli krediti verilib. ONA-nın məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, bu kreditlərin əsas hissəsi geri qaytarılan vəsaitlər hesabına təmin olunub: “Bu da onu göstərir ki, real sahəyə qoyulan investisiyalar öz nəticəsini verməkdədir”.

Nazir müavini onu da bildirib ki, Sahibkarlığın İnkişafı Fondu dövlətin güzəştli kreditlərini müvəkkil kredit təşkilatları vasitəsi ilə sahibkarlara çatdırır. Bu kreditlər banklar, kredit təşkilatları və ittifaqları vasitəsilə verilir.

“Sahibkarlarımız kreditlər üçün bu qurumlara müraciət edirlər. Sahibkarliğın İnkişafı Fondunda sahibkarkarın layihələrinə baxış keçirilir və maliyyələşmə ilə bağlı aidiyyatı qurumlara rəy bildirilir ki, daha sonra layihələrin maliyyələşməsinə başlanılır”, - deyə Sahib Məmmədov bildirib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR