• İQTİSADİYYAT

    09:11 25 aprel 2019

Azərbaycanda daha iki bank müştərilərinə mobil elektron imza verəcək

Yaxın bir ay ərzində Azərbaycanda daha iki bank öz müştərilərinə mobil elektron imzanın verməsinə başlayacaq. Bunu ONA-ya Məlumat Hesablama Mərkəzindən bildiriblər.

Mərkəzdən qeyd olunub ki, yeni xidmət “Nikoil Bank” və “Rabitəbank” tərəfindən may ayın sonuna təklif olunacağı gözlənilir.

Hazırda mobil elektron imza “Kapital Bank” tərəfindən təklif olunur. Layihə Milli Sertifikatlaşdırma Xidmətləri Mərkəzi ilə birgə həyata keçirilir. Bank müştərilərinə mobil elektron imzanı təmənnasız təqdim edir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR