2019-cu ilin yanvar ayında əməkhaqqı kartlarının sayı 13 min ədəd artaraq 2 milyona çatıb. ONA-nın Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi hesabata istinadən verdiyi məlumata görə, 2018-ci ilin yanvar ayında bu göstərici 211 min ədəd az olub.
Statistik göstəricilərdən məlum olur ki, yanvar ayında kredit kartlarının sayı 860 mindən 873 minədək artıb. Debet kartlarının sayı isə 15 min ədəd artaraq 1,104 milyona çatıb.