Bu ilin yanvar-aprel ayıları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 4,7 mln. ton yük daşınıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,5% çoxdur.
Dövlət Statistika Komitəsindən ONA-ya verilən məlumata görə, hesabat dövründə dəmir yolu ilə 1 mln. sərnişin daşınıb, bu da 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 19,9% çoxdur.
Bundan başqa, hesabat dövrü orta hesabla sutkada 269 vaqon yüklənib, 397 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,4 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.