• İQTİSADİYYAT

    11:26 19 mart 2019

Azərbaycanda dizel yanacağının istehsalı artıb

Bu ilin ilk iki ayı ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 461,1 milyon manat olmaqla əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 0,2% artıb.

ONA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft məhsullarından avtomobil benzininin istehsalı 4,6%, yanacaq mazutunun istehsalı 21,8% azalıb, dizel yanacağının, ağ neftin, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.

Neft məhsullarının istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı:

Məhsul növləri

2019-cu ilin yanvar-fevral aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

Avtomobil benzini, min ton

199,9

95,4

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

53,7

143,6

Ağ neft, min ton

103,5

116,7

Dizel yanacağı, min ton

339,4

103,4

Yanacaq mazutu, min ton

9,7

78,2

Sürtkü yağları, min ton

2,4

96

Neft bitumu, min ton

24,3

66,8

Neft koksu, min ton

40,0

98,8

Emil

Teqlər:

SON XƏBƏRLƏR