Aqrar sığorta informasiya sistemi yaradılacaq.
ONA-nın məlumatına görə, bu barədə yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsində bildirilib.
Qanun layihəsinin 13-cü maddəsində (Aqrar sığorta informasiya sistemi) qeyd edilib ki, aqrar sığorta ilə bağlı fəaliyyət üzrə subyektlərin hərəkətlərin elektron qaydada aparılması, aqrar sığorta məhsulunun elektron təşkili, aqrar sığortalıların qeydiyyatının və göstərilən xidmətlərə nəzarətin operativ qaydada həyata keçirilməsi məqsədilə aqrar sığorta orqanı tərəfindən aqrar sığorta informasiya sistemi yaradılır.
Aqrar sığorta informasiya sistemi dövlət informasiya sistemi sayılır. Sistemin əsasnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənir.