• İQTİSADİYYAT

    12:31 7 may 2019

Azərbaycanda dövlət qiymətli kağızlar bazarı 40%-dən çox artıb

Bu ilin I rübü ərzində Azərbaycanda dövlət qiymətli kağızlar bazarında əqdlərin həcmi ötən illə müqayisədə 41% (2 608,2 mln. manat) artaraq 3 671,8 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasında ONA-ya verilən məlumata görə, bunun 227,5 mln. manatını Maliyyə Nazirliyinin istiqrazları, 3 444,3 mln. manatını isə Mərkəzi Bankın notları təşkil edib.

Dövr ərzində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 8 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 13 hərrac keçirilib və müvafiq olaraq, 151.8 mln. manat və 3 363.1 mln. manat məbləğində yerləşdirmə olub.

Hesabat dövründə repo əməliyyatlarının ümumi məbləği 101 mln. manat olub. Dövlət istiqrazları ilə bağlanan repo əməliyyatların həcmi ötən illə müqayisədə 16% artaraq 92,6 mln. manat təşkil edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR