• İQTİSADİYYAT

    12:35 2 aprel 2019

Azərbaycanda dövlət qurumlarına edilən kiberhücumların sayı azalıb

Bu ilin mart ayında kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılmış sorğuların sayı fevral ayı ilə müqayisədə 26,5% azalaraq 233-ə enib. Bu barədə ONA-ya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.

Mart ayı ərzində mərkəzə daxil olan sorğulardan 93,5%-nə baxılıb və təmin edilib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 20 hesabat təqdim edilib.

Mərkəzdən verilən məlumata əsasən, cari ilin fevral ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 2 domen və 4 subdomen qeydiyyatdan keçib. Subdomenlər, adətən, müəssisələrin bölmə və xidmətləri üçün unikal sayt adlarının yaradılması məqsədilə istifadə olunur.

Cari ilin birinci rübünün nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,7% çoxdur. Qeyd olunan dövr ərzində ümumi sorğunun 93,7%-i baxılıb və təmin edilib. Bu müddət ərzində aparılan informasiya təhlükəsizliyinin yoxlanışı əsasında 65 hesabat hazırlanmış və müvafiq strukturlara göndərilib.
Birinci rübdə Azərbaycanın internet seqmentində 10 domen və 22 subdomen qeydiyyata alınıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR