Yeni doğulmuş körpələrin valideynlərinə verilmiş elektron sağlamlıq kartlarının (e-sağlamlıq) sayı ilin əvvəli ilə müqayisədə 1,1% artıb. Bunu ONA-ya Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən deyiblər.
Mərkəzin məlumatına görə, yanvar-mart aylarında verilən e-sağlamlıq kartlarının sayı 15 609 ədəd artaraq 1 347 919 ədəd təşkil edib.
Bununla yanaşı, ilin əvvəlindən etibarən diabet xəstələrinə imtiyazlı olaraq 1 541 kart verilib. Bu kateqoriyaya daxil olan kartların ümumi sayı 109 046-a çatıb.
Cari ilin ilk üç ayı ərzində tibbi müayinə keçirən xəstələrə 35 858 kart verilib. Ümumilikdə, xəstələrin bu kateqoriyasında 357 603 e-kart verilib ki, bu da cari ilin əvvəlinin göstəricisini 11,1% üstələyir.