Azərbaycanda elektron ticarət üzrə ümumi strategiyaya hazırlanır. Bu varədə ONA-ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.
Hazırda bu prosesə bir sıra dövlət qurumu cəlb olunub. Onların sırasında Dövlət Gömrük Komitəsinin, Vergilər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və digər qurumları qeyd etmək olar.
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin rolu əsasən infrastruktur layihələrin icrasından ibarətdir ki, burada söhbət elektron imza infrastrukturundan, transsərhəd səviyyəsində aparılacaq tranzaksiyalardan, kibertəhlükəsizliyin təmin olunmasından və sair önəmli məqamlardan gedir”, - deyə Nazirlikdən qeyd ediblər.
Nazirlikdən həmçinin bildirilib ki, ölkədə elektron ticarət platformaların sayı artdıqca risklər də artır və bunu nəzərə alaraq qurumun fəaliyyət ilk növbədə təhlükəsizliyin təmin edilməsinə yönəlib.
“Elektron mağazanı açmaq elədə asan deyil. Burada söhbət fərdi məlumatların işlənilməsindən, tranzaksiyaların aparılmasında və sair önəmli məqamlardan gedir. Bunları əlbəttə yaxından və ciddi şəkildə araşdırılmalıdır ki, təhlükəsizlik lazımı səviyyədə təmin olunsun”, - deyə nazirlikdən qeyd ediblər.