Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 1 il artırılıb.
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla tətbiq edilən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Qanuna əsasən, əmanətlərin tam sığortalanması müddəti gələn il martın 4-nə qədər artırılıb.