• İQTİSADİYYAT

    12:19 19 aprel 2019

Azərbaycanda əmlakın səyyar qeydiyyat xidmətləri əhatə dairəsini genişləndirir

“Əmlakının qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Təzəkənd və Qalıncaq kəndlərində keçiriləcək.

Əmlak Məsələləri Dövlət Komitəsindən ONA-ya verilən məlumata görə, kampaniya ilə daşınmaz əmlakın qeydiyyat xidmətləri birbaşa ünvanlarda göstərilir. Növbəti kampaniya İsmayıllı rayonunda keçiriləcək.

Bu həftə ərzində səyyar qeydiyyat xidmətləri rayonun iki kəndini əhatə edəcək.

İctimai əhəmiyyətli kampaniya 22-24 aprel tarixlərində İsmayıllı rayonu Qalıncaq kəndində, 25-26 aprel tarixlərində Təzəkənd kəndində təşkil ediləcək. Fərdi yaşayış evləri, bağ evləri, torpaq sahələri və digər daşınmaz əmlaklarını qeydiyyata almaq istəyən vətəndaşlar saat 9:00-dan 17:00-dək səyyar avtobusa yaxınlaşa bilər. Operativ xidmətlərdən adıçəkilən kəndlərin sakinləri ilə yanaşı, digər kənd və qəsəbələrdən olan vətəndaşlar da istifadə edə bilər.

Qeyd edək ki, kampaniya zamanı əhalinin qeydiyyatla bağlı maarifləndirilməsi də təşkil ediləcək. Səyyar ofisə müraciət edən şəxslərə qeydiyyat prosedurları, tələb olunan sənədlər, dövlət rüsumu və xidmət haqqı kimi məsələlər izah olunacaq. Elektron çıxarışların əldə olunması, istifadəsi və üstünlükləri barədə vətəndaşlar məlumatlandırılacaq.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR