Bu ilin birinci rübündə Azərbaycanda xam neftin əmtəəlik hasilatı 9,7 milyon ton, bu da 2017 ilin üçüncü rübü ilə müqayisədə 0,4% çoxdur.
Dövlət Statistika Komitəsindən ONA-ya verilən xəbərə görə, hesabat dövründə ölkədə əmtəəlik təbii qazın hasilatı isə 6,0 milyard kub metr təşkil etmişdir, bu da 36% artım deməkdir.
Ölkədə neft və qazın istehsalı:
Məhsul növləri |
2019-cu ilin yanvar-mart aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
Xam neft (qaz kondensatı daxil olmaqla), min ton |
9 693,6 |
100 |
ondan əmtəəlik |
9 681,3 |
100,4 |
Təbii qaz, milyon kub metr |
9 074,2 |
127 |
ondan əmtəəlik |
6 041,5 |
136 |