• İQTİSADİYYAT

    10:25 20 may 2019

Azərbaycanda əmtəəlik qazın istehsalı 43%-dən çox artıb

Bu ilin yanvar-aprel Azərbaycanda xam neftin əmtəəlik hasilatı 12,4 mln. ton təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 3% azdır.

Dövlət Statistika Komitəsindən ONA-ya verilən xəbərə görə, neft hasilatı planlaşdırılmış təmir işləri ilə əlaqədar "Azəri-Çıraq-Günəşli" yatağının "Mərkəzi Azəri" platformasında hasilatın müvəqqəti dayandırılması səbəbindən azalıb.

Hesabat dövründə ölkədə əmtəəlik təbii qazın hasilatı isə 8,04 mlrd. kubmetr təşkil edib ki, bu da əvvəlki ilin ilk dörd ayı ilə müqayisədə 43,5% artım deməkdir.

Ölkədə neft və qazın istehsalı:

Məhsul növləri

2019-cu ilin yanvar-aprel aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

Xam neft (qaz kondensatı daxil olmaqla), min ton

12 445,6

97,1

ondan əmtəəlik

12 413,8

97

Təbii qaz, milyon kub metr

11 637,5

125,4

ondan əmtəəlik

8 041,9

143,5

Emil

Teqlər:

SON XƏBƏRLƏR