• İQTİSADİYYAT

    11:55 22 fevral 2019

Azərbaycanda ən yüksək əməkhaqqı olan sahələr açıqlanıb

2018-ci ilin yekunları üzrə məlumatlara əsasən, Azərbaycanda muzdla işləyən işçilərin orta aylıq nominal əməkhaqqı 544,1 manat olub. Bu, 2017-ci illə müqayisədə 3% artım deməkdir.

ONA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, əməkhaqqı neft sektorunda 3 min manatdan yuxarı, qeyri-neft sektorunda 488 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 435,2 manat, özəl müəssisələrdə isə 690,4 manat olub.

Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində çalışanlarda qeydə alınıb. Bu sahədə özəl sektorda çalışanlar 4 min manatdan yuxarı maaş alıblar. Bundan sonrakı yeri peşə, elmi-texniki fəaliyyət təşkil edir və burada işləyənlərin əməkhaqqı 2 min manatdan yüksəkdir. Maliyyə və sığorta fəaliyyəti üzrə çalışanlar isə 1400 manatdan yüksək maaşla üçüncüdürlər.

Ən aşağı əməkhaqları səhiyyə və sosial xidmətlər (240 manat), istirahət, əyləncə, incəsənət (295 manat), kənd təsərrüfatı (281 manat) sahələrində çalışanlarda qeydə alınıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR