• İQTİSADİYYAT

    10:57 27 aprel 2019

Azərbaycanda fermerlər məhsullarını yoluxucu xəstəlik və zəhərlənmələrdən sığortalaya biləcək

“Yeni qanun layihəsində fermerlər üçün ən böyük risklərdən sayılan yoluxucu xəstəliklər və zəhərlənmələr aqrar sığortada təminat verilən risklər çərçivəsində qiymətləndiriləcək. Yəni aqrar sığorta üzrə təminat verilən risklər genişləndirilir”.

ONA-nın məlumatına görə, bunu “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.

Nazir müavini deyib ki, sığorta şirkətlərinin aqrar sığorta sahəsinə marağını artırmağa ehtiyac var. Onun sözlərinə görə, bu səbəbdən aqrar sığorta orqanı ilə birlikdə bu orqanla bağlı idarəedici funksiyasını həyata keçirəcək qurum yaradılacaq. Həmin idarəedici qurum da ölkəmizdə sığorta sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin bərabər səhmlərlə çıxış edəcəyi bir qurum olacaq. Beləliklə, aqrar sığorta sahəsində dövlət-özəl tərəfdaşlığı formalaşdırılacaq: “Bu vasitə ilə tətbiq edilən müştərək sığorta mexanizmi ilə aqrar sahədə sığortanın artıq bundan sonra işlək ola biləcəyini düşünürük. Baş verən sığorta hadisələrinin bilavasitə əldə edilməsi, təsdiqlənməsi, bu barədə məlumatların aidiyyəti qurumlardan avtomatik olaraq alınması və fermerlərlə bağlanan müqavilələrin avtomatlaşdırılmış hala gətirilməsi, bu sahədə kompleks analiz və təhlillərin aparılması üçün informasiya sisteminə mütləq ehtiyac vardı. Qanunda yaradılması nəzərdə tutulan aqrar sığorta informasiya sistemi məhz aqrar sığorta sahəsində proseslərin elektronlaşdırılmasına, daha əlçatan və asan həyata keçirilməsinə səbəb olacaq”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR