• İQTİSADİYYAT

    09:53 25 aprel 2019

Azərbaycanda fermerlərə verilən toxum və gübrələrin nəzarəti "blockchain" üzərindən aparılacaq

Azərbaycanda fermerlərə paylanan müxtəlif növ kənd təsərrüfatı materiallarının hesabatı "blockchain" texnologiyası üzərindən aparılacaq. Bunu ONA-ya "iQrex" startap layihəsinin rəhbəri Cəlal Rəhimov deyib.

Onun sözlərinə görə, söhbət gübrələrin, toxumların, pestisidlərin və digər məhsulların paylanmasından gedir ki, bu proses "blockchain" vasitəsilə onların həm vaxtı-vaxtında verilməsinə nəzarəti gücləndirəcək, həm də bu məhsulların qara bazara çıxmasının qarşısını alacaq.

"Layihənin icrası ilə bağlı hazırda "Aqrolizinq" ASC ilə danışıqlar aparılır. Gələcəkdə isə "blockchain" texnologiyası vasitəsilə xırda və iribuynuzlu heyvanlara nəzarətin də təşkil ediləcəyi gözlənilir. Qeyd olunan layihələrin icrası cari ilə nəzərdə tutulub", - deyə C. Rəhimov bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR