• İQTİSADİYYAT

    17:41 10 aprel 2019

Azərbaycanda fiziki şəxslər xaricdəki hesablarına ayda 10 min dollar köçürə biləcəklər

Azərbaycanda fiziki şəxslər xaricdəki hesablarına ayda 10 min dollar köçürə biləcəklər.

ONA-nın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bununla bağlı “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda müvafiq dəyişiklik edib.

Azərbaycanda rezidentlər xaricdəki öz hesablarına təqvim ayı ərzində 10 min ABŞ dolları ekvivalentinədək məbləğdə köçürmə həyata keçirə biləcək. Bunun üçün hesabın həmin şəxsə məxsus olmasını təsdiq edən sənədlər tələb ediləcək .

Bundan başqa, rezidentlər Azərbaycan hüdudlarından kənarda da xarici valyuta hesablarını sərbəst şəkildə aça bilərlər. Rezidentlər sahibkarlıq fəaliyyəti məqsədləri üçün ölkə hüdudlarından kənarda xarici valyutada hesab açarkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq vergi orqanlarından şəhadətnamə-dublikat almalı və hesab üzrə əməliyyatlar aparıldığı tarixədək müvafiq qeydlər etməklə bildiriş hissəsini vergi orqanına təqdim etməlidirlər.

Bu Qərarın 1-ci hissəsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikası Prezidentinin aktına uyğun olaraq qəbul etdiyi banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları ilə bağlı münasibətləri tənzimləyən normativ xarakterli aktı Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən (həmin aktda onun qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulduğu halda isə həmin tarixdən) qüvvəyə minmiş hesab edilir.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR