Bu ilin aprel ayında Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətləri 8 625,2 mln. manat təşkil edib. Aprel ayında əmanətlər 4,5% (371,7 mln. manat) artıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) ONA-ya verilən məlumata görə, ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli və tələbli əmanətlər hesabına olub. Aprel ayı ərzində fiziki şəxslərin tələbli əmanətləri 13,2% (367,8 mln. manat) artaraq 3 155,5 mln. manat, müddətli əmanətlər isə 0,1% (3,9 mln. manat) artaraq 5 469,7 mln. manat təşkil edib.
Hüquqi şəxslərin müddətli depozitləri ilin əvvəli ilə müqayisədə 19,2% (278 mln. manat) artaraq 1 727.7 mln. manata çatıb. Hüquqi şəxslərin ümumi depozitlərin ayın sonuna 10 176,4 mln. manat təşkil edib.