• İQTİSADİYYAT

    11:29 8 may 2019

Azərbaycanda fiziki şəxslərin müddətli əmanətləri martda 2,5% artıb

Bu ilin mart ayında Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətləri 8 253,5 mln. manat təşkil edib.

ONA-nın Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, mart ayında əmanətlər 1,7% (135 mln. manat) artıb. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli əmanətlər hesabına olub. Mart ayı ərzində fiziki şəxslərin müddətli əmanətləri 2,5% (135,8 mln. manat) artaraq 5 465,8 mln. manat təşkil edib.

Hüquqi şəxslərin depoziti cari ilin ilk rübündə 0,1% (7 mln. manat) artaraq 10 318,5 mln. manata çatıb. Artım müddətli depozitlər hesabına olub. Belə ki, dövr ərzində hüquqi şəxslərin müddətli depozitləri 19,2% (278.1 mln. manat) artıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR