• İQTİSADİYYAT

    12:32 30 aprel 2019

Azərbaycanda geoloji mühitin 2D və 3D modelləri interaktiv işləniləcək

"AzScienceNet" elm kompüter şəbəkəsinin dəstəyi ilə Geologiya və Geofizika İnstitutu MOVE proqram paketi ilə təmin olunacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan ONA-ya verilən məlumata görə, geoloji modellərdə risk və qeyri-müəyyənliyi azaltmaq üçün tam rəqəmsal mühiti təmin edən "MOVE Suite" proqram paketi struktur modelləşdirmə və analiz alətidir. Bu proqramın tətbiqi ilə geoloji mühitin 2D və 3D rəqəmsal modellərinin interaktiv şəkildə işlənilməsi mümkündür.

MOVE proqramı həmçinin raster məlumatların 2D və 3D görüntülər vasitəsi ilə rəqəmsallaşdırmağa imkan yaradır ki, bu da öz növbəsində istənilən məlumatı coğrafi koordinat sistemi nəzərə alınmaqla 3D fəzada qurulmasına imkan yaradır. Bunun nəticəsində tədqiq olunan ərazinin geoloji quruluşu və bununla bağlı olan digər məsələlər daha dəqiq tədqiq oluna bilir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR