• İQTİSADİYYAT

    12:33 13 mart 2019

Azərbaycanda gömrük sərhədindən nəqliyyat vasitələrinin keçirilməsi ilə bağlı qanunda dəyişiklik olacaq

Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin keçirilməsi ilə bağlı qanunda islahatlar aparılmalıdır.

ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Vahabov deyib.

O bildirib ki, hazırda fiziki şəxslər tərəfindən bir şəxsi nəqliyyat vasitəsinin müvəqqəti aparılmasına sərhəd buraxılış məntəqələrində gömrük orqanlarında bəyan edilməklə 2 il müddətinə qədər icazə verilə bilər ki, bu da məqsədə uyğun deyil. Dəyişiklik üçün artıq yeni layihə hazırlanıb və ilin sonuna qədər qanunda dəyişiklik gözlənilir. Bu dəyişiklikdən sonra vaxt müddətsiz olacaq.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR