• İQTİSADİYYAT

    16:31 13 may 2022

Azərbaycanda hansı banklar Rusiyadan pul köçürmələrini qəbul edir? - ARAŞDIRMA

Məlum olduğu kimi, Ukrayna-Rusiya münaqişəsindən sonra tətbiq edilən sanksiyalar səbəbindən Rusiya ilə Azərbaycan arasında sürətli pul köçürmələrində məhdudiyyətlər yaranıb. Bəzi pul köçürmə sistemlərinin rublla köçürmələri dayandırması Azərbaycan banklarının bu istiqamətdə fəaliyyətinə mənfi təsir edib.

APA-Economics”in araşdırmasına görə, son bir ayda Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-i rublla, 7 bank isə dollarla köçürmələri dayandırıb. 3 bank (“Muğanbank”, “Accessbank” və "Yapi Kredi Bank Azərbaycan”) vasitəsilə Rusiyadan sürətli pul köçürmələri tamamilə dondurulub.

Ölkədə 9 bank Rusiyadan dollar köçürmələrini, 7 bank isə rubl köçürmələrini manata konvertasiya olunmaqla müştərilərinə təqdim edir. “Bank Respublika” 3500 dollardan, “Bank Avrasiya” isə 2000 dollardan yuxarı köçürmələri manata konvertasiya edir.

“Bank BTB”, "Yelo Bank" və “Expressbank”dan isə “APA-Economics”ə bildirilib ki, dollarla köçürmələr kassadakı məbləğdən aslı olaraq dollar və ya manata konvertasiya olunmaqla təqdim edilir.

“Azər-Türk Bank”dan isə bildirilib ki, sürətli pul köçürmələri yalnız Şirvan və Naxçıvan filialları üzrə aparılır. Bank Rusiyadan həm dollar, həm rubl üzrə pul köçürmələrini qəbul edir, amma Azərbaycandan Rusiyaya dollar üzrə köçürmələr dayandırılıb.

Banklar

Dollarla

Rublla

BANK VTB (AZƏRBAYCAN) ASC

-

AZN ekv.

BANK “BTB” ASC

$ və ya AZN ekv.

-

“PREMİUM BANK” ASC

+

-

“NAXÇIVANBAK” ASC

+

-

“GÜNAYBANK“ ASC

-

AZN ekv.

“EXPRESSBANK” ASC

$ və ya AZN ekv.

-

“BANK RESPUBLİKA” ASC

3500+ AZN ekv.

AZN.ekv.

“BANK OF BAKU” ASC

+

-

“BANK AVRASİYA” ASC

2000 dollar (AZN ekv.)

-

“AZƏR-TÜRK BANK” ASC

Naxçıvan və Şirvan filialları /-

+

“AZƏRBAYCAN SƏNAYƏ BANKI” ASC

AZN ekv.

AZN ekv.

“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC

+

+

“AFB BANK” ASC

AZN ekv.

AZN.ekv.

“ACCESSBANK” QSC

-

-

"YELO BANK" ASC

$ və ya AZN ekv.

-

"YAPI KREDİ BANK AZƏRBAYCAN" QSC

-

-

"XALQ BANK" ASC

AZN ekv.

-

"UNİBANK" ASC

-

AZN ekv.

"TURANBANK" ASC

+

+

"RABİTƏBANK" ASC

AZN ekv.

AZN ekv.

"MUĞANBANK" ASC

-

-

"KAPİTAL BANK" ASC

-

+

PAKİSTAN MİLLİ BANKININ BAKI FİLİALI

Xidmət göstərilmir

MELLİ İRAN BANKI BAKI FİLİALI

Xidmət göstərilmir

"PAŞA BANK" ASC

Xidmət göstərilmir

“ZİRAAT BANK AZƏRBAYCAN” ASC

Xidmət göstərilmir

ONA

Teqlər:

SON XƏBƏRLƏR