• İQTİSADİYYAT

    12:44 3 may 2019

Azərbaycanda heyvanların identifikasiyası ilə bağlı işlərə başlanılıb

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə heyvanların identifikasiyası sahəsində işlərə başlayıb. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AQTA-nın sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, bu məsələ dövlət proqramının da özünü çox geniş şəkildə əks elətdirib.

"İti və xırda buynuzlu heyvanların identifikasiyası çox vacib məsələdir. Heyvan doğuldu andan ölümünə qədər, eyni zamanda ölkəyə idxal olunduğu bütün heyvanlar idensifikasiyalanmalıdır. Elə bir qeydiyyat növü həyata keçirilir ki, heyvanların bütün etaplarında onu nəzarət edə bilirik. Yəni, hansı xəstəliklər keçirdiyini, hansı vaksinlər aldığını, hansı xəstəliklərə qarşı müalicələr olduğunu, hansı baytarlıq preparatlarından istifadə olunduğunu bilirik və eyni zamanda heyvanın ölümünə səbəb olma faktını da həmin identifikasiya kodu vasitəsilə aşkar edə biləcəyik", - deyə Q. Təhməzli bildirib.

Agentliyin sədri onu da qeyd edib ki, bu, bilavasitə Azərbaycanda zoonoz xəstəliklərin aradan qaldırılmasına səbəb olacaq.

"Bildiyiniz kimi, insanlar və heyvanlar üçün ortaq olan bir sıra xəstəliklər var ki, həmin bunlar da yoluxucu xəstəliklərin 60%-ni təşkil edir. Bu da o deməkdir ki, identifikasiya sisteminin tətbiqi ölkədə heyvan mənşəlli xəstəliklərin azalmasına tədricən ümumiyyətlə yox olmasına gətirib çıxaracaq ki, bununla da əhalinin sağlamlığının təmin olunması, heyvan mənşəlli məhsulların ixrac potensialının artırılması və məhsuldarlığın genişləndirilməsinə səbəb olacaq, - deyə Q. Təhməzli bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR