• İQTİSADİYYAT

    11:10 3 may 2019

Azərbaycanda heyvanların vaksinasiyasına dair məlumatlar təsərrüfatlar üzrə mövcud olacaq

Fermer reyestri çərçivəsində heyvanların yoluxucu xəstəlikləri üzrə vaksinasiyalara dair məlumatlar təsərrüfatlar üzrə mövcud olacaq. ONA-nın xəbərinə görə, bunu “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təqdimatına həsr olunmuş dəyirmi masada çıxış edən Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, nazirlik tərəfindən heyvanların identifikasiya sisteminin yaradılmasına dair işlərə start veriləcək: "Bu tədbirlərin icrası sırf nazirliyin əməkdaşları ilə həyata keçiriləcək. Qida zəncirinin bütün mərhələləri üzrə nəzarət edilməsi həm də aidiyyəti qurumlar üzrə səmərəli əməkdaşlığın olmasını zəruri edir və bu baxımdan da nazirlik olaraq, biz bu əməkdaşlığın, o cümlədən məlumat bazalarının inteqrasiyası və mübadiləsi və digər əməkdaşlıqlara hazırıq".

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR