• İQTİSADİYYAT

    12:11 16 aprel 2019

Azərbaycanda hüquqi şəxslərin təsis sənədlərində edilən dəyişikliklər onlayn qaydada həyata keçiriləcək

Azərbaycanda hüquqi şəxslərin təsis sənədlərində edilən dəyişikliklər onlayn qaydada həyata keçiriləcək. ONA-nın xəbərinə görə, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun mahiyyəti və üstünlüklərinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda bu prosedur kağız daşıyıcı vasitəsilə həyata keçirilir.

"Artıq prosesə başlanılıb. Qanunvericilikdə müvafiq dəyişikliklər edilib, texniki tapşırıq verilib. Yaxın günlərdə isə hüquqi şəxslərin təsis sənədlərində edilən dəyişiklikləri onlayn tətbiqinə başlanılacaq", - deyə Ə. Məmmədov qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR