• İQTİSADİYYAT

    11:26 22 aprel 2019

AÇG-də indiyənədək hasil edilən neftin böyük hissəsi Azərbaycanın mənfəət neftinin payına düşüb

"Azəri-Çiraq-Günəşli" (AÇG) yataqlar blokundan indiyənədək hasil edilən 481 mln ton neftin 279 mln tonu Azərbaycanın mənfəət neftinin payına düşüb. ONA-ın xəbərinə görə, bunu SOCAR-ın IV Beynalxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" forumunda çıxış edən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə ğörə, AÇG-də bu günədək 481 mln ton neft hasil edilib. İndiyədək Azərbaycandan 506 mln neft ixrac edilib ki, bunun 383 mln tonu Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilib.

Qaz ixracına toxunan X. Yusifzadə qeyd edib ki, Trans-Anadolu qaz kəməri ilə indiyədək 1,6 mlrd kubmetr qaz nəql edilib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR