• İQTİSADİYYAT

    11:08 29 may 2019

Azərbaycanda innovativ inkişaf üzrə strategiya hazırlanacaq

Azərbaycanda innovativ inkişaf üzrə strategiya hazırlanacaq. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron idarəçilik və informasiya cəmiyyətinin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov deyib.

Onun sözlərinə, bu istiqamətdə ekspert qismində "Boston Counsulting" şirkəti cəlb olunub.

"Ötən il qəbul edilən fərmanlara əsasən, iki qurum, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "İnnovasiya Agentliyi" təsis olunub. Artıq bu iki qurumun gələcəkdə sözügedən prosesdə fəal iştirakı, innovativ inkişaf üçün böyük təkanlar verə bilər. Bu qurumların mandatına startapların inkişafı, ölkədə baş verən texnoloji transfer məsələləri, ümumiyyətlə innovasiyaların tətbiqi kimi məsələlər daxildir. İnnovasiya Agentliyinin nizamnaməsinə görə, ölkədə iri məlumatlar, robototexnika, “blockchain”, süni intellekt kimi layihələrə dəstək vermək birbaşa bu agentliyə həvalə olunub. Gələcəkdə bu həlləri reallaşdırmaqla iqtisadiyyatın bütün sahələrində tətbiq etmək mümkün olacaq", - deyə R. Əzizov bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR