• İQTİSADİYYAT

    04:34 29 mart 2019

Azərbaycanda iri dövlət şirkətlərinə nəzarət artırılır

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə Komissiyanın tərkibindən çıxarılıb.

ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərarında müvafiq dəyişiklik edib.

Beləliklə, baş nazirin birinci müavininin sədri olduğu Komissiyanın tərkibi iqtisadiyyat, malyyə və vergilər nazirləri, Mərkəzi Bankın sədrindən ibarət olacaq.

Digər dəyişiklik iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının proqnoz göstəriciləri ilə əlaqədardır. Dəyişikliyə əsasən, iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının hesabat ilinin birinci yarımilliyi üzrə icra vəziyyətinin nəticələrinə əsasən əməliyyat fəaliyyətindən cəmi daxilolmalarda proqnoz göstəricisindən 20 faizdən yuxarı kənarlaşma olduğu təqdirdə, Komissiya tərəfindən həmin şirkətlərin gəlirlər və xərclər smetalarına yenidən baxılacaq.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR