• İQTİSADİYYAT

    13:29 8 aprel 2019

Azərbaycanda istehsal olunan terminallar yeni brendlə bazara çıxarılacaq

Sumqayıt Texnologiyalar Parkının (STP) istehsal etdiyi terminal və köşk tipli avadanlıqları artıq “STP Terminal” brendi altında təqdim ediləcək.

STP-dən ONA-ya verilən məlumata görə, terminallara ödəmə və bilet terminalları, o cümlədən növbə və informasiya köşkləri aiddir.

Bu günədək Texnopark Vergilər Nazirliyi, Gömrük Komitəsi kimi dövlət qurumlarını, "Kapital Bank", "Rabitəbank" və "Easypay" kimi özəl şirkətləri müxtəlif terminal və köşk tipli məhsullarla təmin edib.

Qeyd edək ki, “STP Terminal” məhsulları Texnoparkın Elektrik Avadanlıqları Zavodunda istehsal olunur. İstehsal prosesində Almaniya, Finlandiya və ABŞ istehsalı olan avadanlıqlardan istifadə edilir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR