• İQTİSADİYYAT

    14:28 7 may 2019

Azərbaycanda kənd təsərrüfatında məşğulluğun 50%-ni qadın fermerlər təşkil edir

Azərbaycanda kənd təsərrüfatındakı məşğulluğun təqribən 50%-ni qadın fermerlər təşkil edir. ONA-nın xəbərinə görə, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, buna baxmayaraq qadın fermerlərin müvafiq biliklərə, informasiya resurslarına çıxışı daima məhdud olub.

“Aqrar sahədə qadınların məşğulluğunun artırılması məqsədilə AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsinin həyata keçirilməsi ilə, biz qadın fermerlərin gördükləri işləri daha da yaxşılaşdırmasına, onların bilik və bacarıqların artırılmasına və ən əsas qadın fermerlərinin kredit və maliyyə imkanlarına çıxışlarını təmin edilməsinə nail olacağıq”, - deyə M. Çakmak qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR