• İQTİSADİYYAT

    10:40 11 mart 2019

Azərbaycanda kibertəhlükəsizliklə bağlı yeni strategiya təsdiqlənəcək

Azərbaycanda kibertəhlükəsizliklə bağlı yeni strategiya təsdiqlənəcək.

ONA-nın xəbərinə görə, bunu Bakıda "Kibertəhlükəsizlik həftəsi"nin açılışında çıxış edərkən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, kibertəhlükəsizlik məsələsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir: "Qeyd olunan strategiya ötən ilin sonunda Nazirlər Kabinetinin iclasında müzakirə edildi və qəbul olundu. Tezliklə bu strategiyanın təsdiqlənəcəyini gözləyirik".

Öz növbəsində "Microsof Azerbaijan" şirkətinin rəhbəri Sərxan Həşimov çıxış edərək bildirib ki, son illər Azərbaycan hakerlərin diqqətini daha çox cəlb etməyə başlayıb və ölkə inkişaf etdikcə, bu qüvvələrin marağı daha da artır. "Ümid edirəm ki, dövlət və özəl sektorun əməkdaşlığı nəticəsində daha mükəmməl qanunlar hazırlanacaq", - deyə o vurğulayıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR