Bu ilin birinci rübündə Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 249,7 mln. manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı rezin və plastik kütlə məmulatlarının istehsalında 59,3%, əczaçılıq məhsullarının istehsalında 44%, kimya sənayesində isə 32,6% artıb.
Əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 2 dəfə, propilen istehsalı 83,5%, etilen istehsalı 20,6%, yod istehsalı 20,1%, polietilen istehsalı 14,2% artıb.
Kimya sənayesi məhsulları:
Məhsul növləri |
2019-cu ilin yanvar-mart aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
Azot, min kub m |
5 581,2 |
88,4 |
ondan əmtəəlik |
182,9 |
20 |
Yod, ton |
47,9 |
120,1 |
Oksigen, min kub m |
784 |
80,5 |
ondan əmtəəlik |
766,3 |
82,4 |
Propilen, min ton |
29,5 |
183,5 |
ondan əmtəəlik |
29,4 |
2,4 dəfə |
Polietilen, min ton |
33,5 |
114,2 |
Etilen, min ton |
36,4 |
120,6 |
Metanol (metil spirti), min ton |
69 |
5,1 dəfə |
Lak-boya məmulatları, ton |
5 065,9 |
2 d. |
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
4 090,4 |
121,4 |