• İQTİSADİYYAT

    12:05 19 mart 2019

Azərbaycan kimya sənayesi məhsullarının istehsalını artırıb

Azərbaycanda 2019-cu ilin yanvar-fevral aylarında 22,2 min ton propilen istesal edilib ki, buda əvvəlki ilin müvafiq dövrünə nisbətdə 71,6% çoxdu.

ONA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əsas kimya məhsullarından yod istehsalı 10,4%, etilen istehsalı 15,4%, polietilen istehsalı 11,3%, lak-boya məmulatlarının istehsalı 76,5% artıb.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 137,7 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı rezin və plastik kütlə məmulatlarının istehsalında 64%, kimya sənayesində 33,2%, əczaçılıq məhsullarının istehsalında isə 26,8% artıb qeydə alınıb.

Kimya sənayesi məmulatlarının istehsalı sahələrində əsas məhsul növlərinin buraxılışı:

Məhsul növləri

2019-cu ilin yanvar-fevral aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

Azot, min kub m

3 669,0

87,3

Yod, ton

30,8

110,4

Oksigen, min kub m

488,5

75,5

Propilen, min ton

19,0

171,6

Polietilen, min ton

22,2

111,3

Etilen, min ton

23,6

115,4

Metanol (metil spirti), min ton

57

-

Lak-boya məmulatları, ton

2 890,5

176,5

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

2 273,0

103,6

Emil

Teqlər:

SON XƏBƏRLƏR