Bu ilin yanvar-mart aylarında Azərbaycanda 155,7 min ədəd alt trikotaj geyimləri istehsal edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə nisbətdə 2,1 dəfə çoxdur.
Dövlət Statistika Komitəsindən ONA-ya verilən xəbərə əsasən, hesabat üst trikotaj geyimlərinin istehsalında azalma müşahidə edilib. Rüb ərzində ölkədə 19.5 min ədəd üst trikotaj geyimləri istehsal edilib ki, bu da 2017 ilin yanvar-mart ayına nisbətdə 23,5% azdır.
Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 107,0 milyon manat dəyərində məhsul istehsal edilib, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə toxuculuq sənayesində 61,4% artım, geyim istehsalında 28,9%, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 36% azalma müşahidə olunub.
Geyim istehsalı üzrə əsas məhsul növlərinin buraxılışı:
Məhsul növləri |
2019-cu ilin yanvar-mart aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.04.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı |
Üst trikotaj, min ədəd |
19,5 |
76,5 |
0,9 |
Alt trikotaj, min ədəd |
155,7 |
2,1 d. |
30,9 |
Corab məmulatları, min cüt |
533 |
159,2 |
19 |
Kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat və peşə komplektləri, min ədəd |
95,7 |
9,5 d. |
2 |
Kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat penсəkləri və bleyzerləri, ədəd |
300 |
0,6 |
4 370 |
Qadın və ya qızlar üçün kostyum və komplektlər, ədəd |
762 |
43,8 |
- |