Bu ilin may ayının 1-nə Azərbaycanda kredit qoyuluşlarının həcmi 12 674,8 mln. manat təşkil edib.
ONA-nın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 11%, cari ilin əvvəli ilə müqayisədə 0,4% artıb. Ötən ayın əvvəli ilə müqayisədə isə kredit qoyuluşların həcmi 0,3% azalıb.