Maliyyə Mazarlarına Nəzarət Palatası “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılmış fəaliyyətin yoxlanılması Qaydası”nı təsdiqləyib.
ONA-nın məlumatına görə, bu Qayda Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən investisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarının fəaliyyətinin yoxlanılması qaydasını müəyyən edir.
Hərtərəfli (kompleks) yoxlama lisenziyalaşdırılan şəxsin ümumi vəziyyətinin, o cümlədən kapital, aktivlər, idarəetmə, gəlir, likvidlik və riskə həssaslıq komponentlərinin qiymətləndirilməsi, habelə onun fəaliyyətinin qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə uyğunluğunu müəyyən etmək üçün lisenziyalaşdırılan şəxsin fəaliyyətinin bütün sahələrini əhatə edən ətraflı yoxlama, məqsədli (tematik) yoxlama lisenziyalaşdırılan şəxsin fəaliyyətinin konkret sahəsinə və ya növünə yönəldilmiş yoxlamadır. Lisenziyalaşdırılan şəxslərdə dövriliyinə görə növbəti və ya növbədənkənar yoxlama, əhatə dairəsinə görə isə hərtərəfli (kompleks) və ya məqsədli (tematik) yoxlamalar aparılır. Növbəti yoxlama hərtərəfli, növbədənkənar yoxlama isə hərtərəfli və ya məqsədli olur.. Palata tərəfindən lisenziyalaşdırılan şəxslərin növbəti yoxlanılması Palatanın müəyyən etdiyi qrafik üzrə 2 ildə bir dəfədən az olmayaraq aparılır. Növbəti il üçün növbəti yoxlamaların qrafiki hər il noyabr ayının 30-dək Palatanın İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir. Palata tərəfindən lisenziyalaşdırılan şəxslərdə növbədənkənar yoxlamalar aşağıdakı hallarda aparılır:
- lisenziyalaşdırılan şəxsin maliyyə vəziyyətinin pisləşməsi və davamlı kapital tələbləri göstəricilərində pozulma müşahidə edildikdə;
- lisenziyalaşdırılan şəxs tərəfindən təqdim edilmiş hesabatlarda yanlış və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;
- daxil olan şikayət(lər) və qanunazidd əməliyyatlar haqqında mənbəyi məlum olan məlumatlarla bağlı halların yerində yoxlanılması məqsədilə;
- təqdim edilmiş hesabatlardakı göstəricilərlə müvafiq əməliyyatların real xüsusiyyəti və ya mövcud vəziyyəti, həmçinin əldə edilmiş digər məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə;
- Qanuna əsasən verilmiş təqdimatların və ya icrası məcburi göstərişlərin icra vəziyyətinin yoxlanılması məqsədilə (bu halda Palata müvafiq təqdimatın və ya icrası məcburi göstərişin icrası üçün müəyyən edilmiş son tarixdən etibarən 60 iş günündən gec olmayan müddətdə yoxlamaya başlayır);
-Qanuna əsasən verilmiş təqdimata və ya icrası məcburi göstərişlərin səbəb olmuş hallar, həmin təqdimat və ya icrası məcburi göstərişin verildiyi tarixdən 2 il ərzində yenidən aşkar edildikdə;
- qanunvericiliyin pozulması faktlarının araşdırılmasına zərurət yarandıqda;
- məhkəmənin qüvvəyə minmiş qərarlarına əsasən.
Palata tərəfindən növbədənkənar yoxlamanın aparılması lisenziyalaşdırılan şəxsə əvvəlcədən yoxlamanın aparılması barədə məlumat verilməklə və ya məlumat verilmədən həyata keçirilə bilər. Lisenziyalaşdırılan şəxsin maliyyə vəziyyətinin pisləşməsi, davamlı kapital tələblərinin pozulması, öhdəliklərin və ödənişlərin icra edilməməsi, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi hallarının araşdırılması məsələləri ilə bağlı yoxlamalar Palata tərəfindən lisenziyalaşdırılan şəxsə əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilə bilər. oxlama qrupuna daxil olan şəxslərin yoxlanılacaq lisenziyalaşdırılan şəxsə aidiyyəti olan şəxslərlə birbaşa və ya dolayı yolla yaxın qohumluq əlaqələri və yoxlanılacaq lisenziyalaşdırılan şəxsin fəaliyyətindən gəlir əldə etmək maraqları olmamalıdır. Yaxın qohum dedikdə, valideynlər, babalar, nənələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürənlər, ər-arvad, uşaqlar və nəvələr başa düşülür. Yoxlamadan öncə və ya yoxlama zamanı belə əlaqələri və maraqları olan şəxslər Palatanın İdarə Heyətinin məsul üzvü və ya sədrinə məlumat verir, yoxlama qrupunun tərkibindən kənarlaşdırılır, habelə yoxlama haqqında hesabatın həmin şəxslərin iştirakı ilə tərtib edilmiş hissəsi etibarsız hesab edilir.
Yoxlama müddəti bitdikdən sonra yoxlama qrupunun rəhbəri tərəfindən “Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları”na müvafiq olaraq növbədənkənar yoxlamalar üzrə yığımların alınması üçün lisenziyalaşdırılan şəxsə yoxlamanın həyata keçirilməsinə dair 2 nüsxədə b akt təqdim edilir. Akt lisenziyalaşdırılan şəxsin müvafiq səlahiyyətli şəxsi tərəfindən imzalanır. İmzalanmış aktın bir nüsxəsi yoxlama qrupunun rəhbərinə qaytarılır və qeyd olunan akt əsasında yoxlanılan lisenziyalaşdırılan şəxsə Palata tərəfindən hesab-faktura təqdim edilir. Nəzarət subyekti aktı imzalamaqdan imtina etdikdə, bu barədə yoxlayıcılar tərəfindən həmin aktda müvafiq qeydlər aparılır. oxlama haqqında hesabata yoxlamanın əhatə etdiyi sahələr, yoxlanılan dövr ərzində bu sahələrdə baş vermiş dəyişikliklər, aşkar olunmuş qanun pozuntuları, nöqsan və çatışmazlıqlar haqqında müfəssəl və icmal məlumatlar, lisenziyalaşdırılan şəxsin maliyyə və əməliyyat fəaliyyətinin nəticələri, lisenziyalaşdırılan şəxsin rəhbərliyinin diqqət yetirməli olduğu sahələrdaxil edilir. Yoxlama haqqında hesabata aşkar olunmuş qanun pozuntuları, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün lisenziyalaşdırılan şəxs tərəfindən görülməli olan tədbirlər, icra müddətləri və görüləcək tədbirlər üzrə məsul şəxslər barədə təkliflər daxil edilə bilər.
Yoxlama haqqında hesabatın lisenziyalaşdırılan şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması lisenziyalaşdırılan şəxsin yoxlama haqqında hesabatın məzmunu ilə tanış olması faktını təsdiq edir. Yoxlama haqqında hesabatın lisenziyalaşdırılan şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması faktı lisenziyalaşdırılan şəxsin yoxlama haqqında hesabatın məzmunu ilə razılığını bildirmir. Lisenziyalaşdırılan şəxs yoxlama haqqında hesabatın məzmunu ilə razılaşmadığı halda, yoxlama haqqında hesabatı imzalamaqla və müvafiq qeyd aparmaqla öz izah, irad və etirazını bildirə bilər. Yoxlama haqqında hesabat Palatanın icazəsi olmadan açıqlana bilməz. Yoxlamanın nəticələri üzrə məhkəməyə şikayət verildiyi və məhkəmə qərarları olduğu hallar istisna olmaqla, yoxlama haqqında hesabatla yalnız lisenziyalaşdırılan şəxsin icra orqanı və ya müvafiq sahəyə kuratorluq edən şəxs, yoxlanılan sturktur bölmənin əməkdaşları tanış ola bilər.