• İQTİSADİYYAT

    17:48 5 aprel 2019

Azərbaycanda manatla geniş pul kütləsinin həcmi artıb

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə üzrə pul-kredit statistikasını açıqlayıb.

ONA-nın apardığı hesablamalara görə, bu ilin yanvar-fevral aylarında xalis xarici aktivlərin həcmi 32 578,736 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,5% və ya 311,8 mln. manat çoxdur.

Hesabat dövründə ölkədə xalis daxili aktivlərin həcmi əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 1 220,8 mln. manat və ya 8,4% artaraq 15 660,9 mln. manata çatıb.

Cari ilin ilk iki ayə ərzində ölkədə manatla geniş pul kütləsinin həcmi 28 354,4 mln. manat təşkil edib, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 13,3% çoxdur.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR