• İQTİSADİYYAT

    16:04 16 may 2019

Azərbaycanda məsafədən və videogörüntü üzərindən bank hesablarının açılmasına dair əsas tələb və limitlər açıqlanıb

“Hesab edirik ki, qısa müddət ərzində vətəndaş, maliyyə xidmətlərinin istifadəçisi olaraq məsafədən, banka yaxınlaşmadan bank hesablarını aça biləcəyik”.

ONA-nın məlumatına görə, bunu bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemlərinə nəzarət sektorunun müdiri Tamerlan Rüstəmov “Maliyyə və Texnologiyalar Samiti”ndə (“Fintex Summit”) “Bank hesablarının məsafədən açılması” mövzusunda çıxışında bildirib.

T. Rüstəmov deyib ki, məsafədən bank hesablarının açılması banklarda əməliyyat xərclərinin azalmasına, banklar tərəfindən yeni xidmətlərin təqdim edilməsinə və yeni müştəri seqmentinin formalaşmasına səbəb olacaq: “Bu halda ənənəvi bankçılıqda olduğu kimi ima və möhür tələb edilmir. Lakin məsafədən bank açan müştəri banka yaxınlaşarkən imza və imza vərəqəsi təqdim ediləcək”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının sektor müdiri qeyd edib ki, fiziki şəxslərə məsafədən bank hesablarının açılması üzrə fərqli yanaşmalar tətbiq edilib: “İlk yanaşma bankın müvafiq proqram təminatından istifadə edilməklə bank hesabının açılmasıdır. Bu, cari hesab olacaq. Bu hesab üzərindən il ərzində aparılan məxaric əməliyyatlarının maksimum həcmi 500 manat, yaxud onun ekvivalentində xarici valyuta müəyyənləşdirilib. Bu hesab vasitəsi malın və xidmətlərin dəyəri ödənilə bilər. İstisna olaraq bu hesab vasitəsi ilə fiziki şəxslər digər bank hesablarına vəsaitlərin köçürülməsi, yaxud pul köçürmələri həyata keçirilə bilməz”.

T. Rüstəmov nəzərə çatdırıb ki, digər yanaşma videogörüntü üzərindən bank hesablarının açılmasıdır: “Bu halda bank hesabının açılması məqsədi ilə fiziki şəxsin şəxsiyyətini təsdiq edən məlumatlar xüsusi təyinatlı informasiya resursu vasitəsi ilə yoxlanılmalıdır. Bu hesab üzərindən əməliyyatların aparılması zamanı maksimum əməliyyat həcmi il ərzində 6 min manat, yaxud onun ekvivalentində xarici valyutada müəyyənləşdirilib. İstisnalar da müəyyənləşdirilib. Fiziki şəxslər əməkhaqqı və sosial sığorta ödənişləri ilə bağlı bank hesablarının açılmasını videogörüntü ilə mümkün olmayacaq”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR