• İQTİSADİYYAT

    09:47 16 may 2019

Azərbaycanda mobil rabitə sektorunun gəliri 3% azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 272,4 mln. manat təşkil edib. Bu barədə ONA-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% azalıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42,8%-ni təşkil edib.

“Cari ilin 4 ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 637 mln. manatlıq xidmət göstərilib ki, onun da 71,7%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 11,7% artıb. Bu sahədə əldə olunan gəlirin 82,6%-i qeyri-dövlət sektorunun payına düşüb”, - deyə Komitədən bildirilib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR